Tofiq Yaqublu buraxlır

Tofiq Yaqublu buraxlır
17:21 23 Aprel 2015
273 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vaxtsız vəfatı ilə əlaqədar 7 günlüyə azadlığa buraxılacaq.

Bu barədə ANS PRESS-ə Tofiq Yaqublunun vəkili Nemət Kərimov bildirib: "T.Yaqubluya qızının yas mərasimində iştirak etmək üçün 7 günlük azad olunması ilə bağlı rəsmi icazə verilib. İndi sənədləşdirmə işləri aparılır. Sənədləşdirmə işləri yekunlaşandan sonra, T.Yaqublu azad olunacaq”.

Penitensiar xidmət İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hazırda onun azad olunması üçün lazımı sənədlər işlənir. Bu barədə vəkilə bildirilib.

Qeyd edək ki, Nərgiz Yaqublu bu gün səhər saatlarında Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=339941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR