Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib.
Komanda.az xəbər verir ki, ÇL-in 8 qrupunda qərarlaşan 32 komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda “Lokomotiv”i (Moskva) qəbul edib. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.
Çempionlar Liqasının son finalçısı "Liverpul" PSJ ilə üz-üzə
gəlib. Beş qolun vurulduğu oyunda İngiltərə təmsilçisi çətinliklə
də olsa, qələbə qazanmağı bacarıb.
“İnter” - “Tottenhem” görüşü də günün maraqla gözlənilən
oyunlarından biri idi. Milan təmsilçisi son dəqiqələrdə vurulan
qollar sayəsində əzmkar qələbə qazanıb. "Barselona" doğma meydanda
PSV-yə 4 cavabsız qolla qalib gəlib.
Çempionlar Liqası, 1-ci tur
18 sentyabr
A qrupu
Monako (Fransa) - Atletiko (Madrid, İspaniya)
1:2
Qol: Qrandsir, 18 - D.Kosta, 32. Ximenes, 45.
Brügge (Belçika) - Borussiya (Dortmund, Almaniya)
0:1
Qol: Pulisiç. 85.
B qrupu
İnter (İtaliya) - Tottenhem (İngiltərə) 2:1
Qol: İkardi, 86. Vesino, 90 - Eriksen, 53.
Barselona (İspaniya) - PSV (Eyndhoven, Hollandiya)
4:0
Qol: Messi, 32; 77; 87. Dembele, 75.
C qrupu
Srvena Zvezda (Serbiya) - Napoli (İtaliya)
0:0
Liverpul (İngiltərə) - PSJ (Fransa) 3:2
Qol: Starric, 30. Milner, 36-pen. Firmino, 90 -
Munye, 40. Mbappe, 83.
D qrupu
Şalke (Almaniya) - Portu (Portuqaliya) 1:1
Qol: Embolo, 64 - Otavio, 75-pen.
Qalatasaray (Türkiyə) - Lokomotiv (Moskva, Rusiya)
3:0
Qol: Q.Rodriqes, 9. E.Derdiyok, 67. S.İnan,
90-pen.