Tofiq Yaqublu günortadan sonra azadlığa buraxılacaq

Tofiq Yaqublu günortadan sonra azadlığa buraxılacaq
11:04 24 Aprel 2015
227 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu günün ikinci yarısı azadlığa buraxılacaq. Lent.az-ın məlumatına görə, bu barədə musavat.com-a T.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.

 

Vəkilin sözlərin görə, o, bu gün səhər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlayıb və ona bildiriblər ki, T.Yaqublunun yeddi günlüyə azadlığa buraxılması iş gününün ikinci yarısında baş tutacaq. Buna səbəb zəruri sənədləşdirmə işləridir.

 

Xatırladaq ki, dünən siyasi məhbusun Rusiyanın Tomsk şəhərində yaşayan və ağır xəstəlikdən əziyyət çəkən qızı Nərgiz Yaqublu müalicə olunduğu xəstəxanada vəfat edib. Bu gün mərhumun cənazəsi Bakıya gətirələcək və qanunvericiliyə əsasən, Tofiq Yaqublunun qızının dəfnində və hüzr məclisində iştirak etmək haqqı var.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR