Müsavat Partiyasının deputatlığa namizədləri Məclisin avqustda keçiriləcək toplantısında müəyyənləşəcək

Müsavat Partiyasının deputatlığa namizədləri Məclisin avqustda keçiriləcək toplantısında müəyyənləşəcək
11:42 24 Aprel 2015
211 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 11:34 ]


Bakı. Etibar Məmmədov – APA. “Bir neçə dairədən deputatlığa namizədliyimi vermək barədə təkliflər gəlib”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

 

A. Hacılı bildirib ki, hazırda partiyada parlament seçkilərinə hazırlıq prosesi rayon təşkilatları vasitəsilə davam edir: “İmza toplayacaq, müşahidəçi olacaq, təbliğat kampaniyası aparacaq şəxslərin siyahılarının müəyyənləşdirilməsi prosesi yekunlaşır. Eyni zamanda dairələr üzrə namizədlərin müəyyənləşməsi prosesi gedir. Yəqin ki, Müsavat Məclisinin növbəti toplantısına kimi bu işlər yekunlaşacaq və avqust ayında keçiriləcək toplantıda Məclis namizədləri təsdiqləyəcək”

 

Müsavat başqanı deputatlığa namizədliyini irəli sürmək barədə hələlik yekun qərar vermədiyini vurğulayıb: “Partiya strukturları və seçicilər tərəfindən Suraxanı, Xətai və Zaqatalada olan seçki dairələrindən namizədliyimi irəli sürmək təklif olunub. Partiyada bu barədə müzakirələr apardıqdan sonra yekun qərarımı açıqlayacağam”.  

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR