BAXCP Tofiq Yaqublunun əfv edilməsi üçün Azərbaycan prezidentinə müraciət edib

14:07 24 Aprel 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 13:58 ]

Bakı - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı geniş çıxışından sonra Ali Məclis adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

 

Müraciətdə bildirilir ki, BAXCP Ali Məclisi Tofiq Yaqubluya gənc övladının vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir və onun dəfn mərasimində iştirakına şərait yaradılmasını təqdir edir. BAXCP Ali Məclisi eyni zamanda, Azərbaycan Respublikasının prezidentinə müraciət edərək, hər bir azərbaycanlının prezidenti kimi, Yaqublu ailəsinə də humanistlik və mərhəmət nümayiş etdirərək ailə üçün bu ağır günlərdə onlara mənəvi dayaq olmağa, Tofiq Yaqublunu əfv etməyə çağırıb: “Tofiq Yaqublu milli azadlıq hərəkatının öncüllərindən biri olub, eyni zamanda, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və təyin olunmuş cəzanın bir hissəsini çəkib”.    


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR