Fəttah Heydərov: "Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası aparan dairələr sonra peşman olacaqlar"

Fəttah Heydərov: "Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası aparan dairələr sonra peşman olacaqlar"
14:23 24 Aprel 2015
253 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Elçin Mehdiyev/

“İlk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələr bu Oyunlar keçiriləndən sonra peşman olacaqlar”. Bu barədə Trend-ə Milli Məclisin deputatı Fəttah Heydərov deyib.

F.Heydərov bildirib ki, bu dairələrin məqsədi Azərbaycanda gedən bugünkü inkişafın üzərinə kölgə salmaqdır: “Azərbaycanda gedən bugünkü inkişaf, yəni ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan bir dövlətin apardığı ağıllı, məqsədyönlü siyasət, Azərbaycanın nüfuzunun artması, dünya dövlətləri içərisində həm iqtisadi, həm də siyasi cəhətdən nümunəvi ölkəyə çevrilməsi bir çox dairələri narahat edir və onlar bu kampaniyanı guya bizim ölkəmizdə gedən inkişafın qarşısını almaq üçün bir vasitə hesab edirlər”.

O, qeyd edib bu dairələr özləri də bilirlər ki, bütün bunlar hamısı yalandır, böhtandır: “Onların heç biri bir şey edə bilməyəcək. Avropa Oyunları Azərbaycanda çox böyük müvəffəqiyyətlə keçiriləcək və bunu qarayaxma ilə məşğul olan dairələr də görüb çox peşman olacaqlar”.

Millət vəkili ilk Avropa Oyunlarının ölkəmizə gətirəcəyi faydalardan da danışıb. F.Heydərov vurğulayıb ki, bu Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimiz, xalqımız üçün böyük tarixi hadisədir: “Əvvəla, bu, Azərbaycanın beynəlxalq aləmdə, inteqrasiya etdiyimiz Avropada necə böyük önəm daşıdığının bariz nümunəsidir. Bu Oyunlar keçirilən müddətdə bütün dünyanın diqqəti Azərbaycanda olacaq və bütün dünya ölkəmizin nə qədər təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək, Azərbaycanın beynəlxalq aləmdə sözünün kəsəri daha da artacaq. Vətənini, dövlətini, xalqını, millətini sevən hər bir azərbaycanlı da təbii ki, belə bir nəhəng idman yarışının məhz Azərbaycanda keçirilməsindən fərəh, qürur hissi duymalıdır”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2387663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR