Tofiq Yaqublu buraxıldı

Tofiq Yaqublu buraxıldı
15:46 24 Aprel 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vaxtsız vəfatı ilə əlaqədar 7 günlüyə azadlığa buraxılıb.

Bu barədə ANS PRESS-ə Tofiq Yaqublunun vəkili Nemət Kərimov bildirib. O qeyd edib ki, Tofiq Yaqublu artıq azadlıqdadır.

Nemət Kərimov həmçinin əlavə edib ki, Nərgiz Yaqublunun vəfatı ilə bağlı mərasim Tofiq Yaqublunun Qaraçuxurdakı evində keçiriləcək.

Qeyd edək ki, dünən Penitensiar xidmət İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilmişdi ki, onun azad olunması üçün lazımı sənədlər işlənir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=340200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR