Çempionlar Liqasında 2-ci turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, bu gün qrup mərhələsində daha 8 qarşılaşma baş tutacaq.
İspaniya nəhəngi "Barselona" səfərdə "Tottenhem"lə qarşılaşacaq.
Günün maraqla gözlənilən oyunlarından biri İtaliyada keçiriləcək. "Napoli" Çempionlar Liqasının son finalçısı "Liverpul"u qonaq edəcək.
Türkiyənin "Qalatasaray" komandasını isə bu gün səfərdə "Portu" ilə qarşılaşma gözləyir.
Çempionlar liqası
3 oktyabr
A qrupu
23:00. Borussiya (Dortmund, Almaniya) - Monako (Fransa)
23:00. Atletiko (İspaniya) - Brügge (Belçika)
B qrupu
23:00. PSV (Hollandiya) - İnter (İtaliya)
23:00. Toottenhem (İngiltərə) - Barselona (İspaniya)
C qrupu
20:55. PSJ (Fransa) - Srvena Zvezda (Serbiya)
23:00. Napoli (İtaliya) - Liverpul (İngiltərə)
D qrupu
20:55. Lokomotiv (Moskva, Rusiya) - Şalke (Almaniya)
23:00. Portu (Portuqaliya) - Qalatasaray (Türkiyə)
Milli.Az