İşçi Qrup da Tofiq Yaqublunun əfvi üçün prezidentə müraciət etdi

İşçi Qrup da Tofiq Yaqublunun əfvi üçün prezidentə müraciət etdi
18:19 24 Aprel 2015
148 Ölkə
Ölkə mətbuatı
A- A+

 

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu Tofiq Yaqublunun əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib. 

 

Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, bunu işçi qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənanyarlı deyib. 

 

O bildirib ki, Müsavat Partiyası başqanının həbsdəki müavini Tofiq Yaqublu üçün ayrıca müraciət edilib və Nərgiz Yaqublunun rəhmətə getməsi də müraciətə əlavə olunacaq: “Çox güman ki, Tofiq bəy yaxın zamanlarda azadlığa buraxılıb ailəsinə qovuşacaq”.

 

S. Bənənyarlı onu da qeyd edib ki, İşçi Qrupu mütəmadi olaraq fəaliyyətini davam etdirir: “Bütün ərizələrə baxılır və müzakirəyə çıxarılır. Çalışırıq ki, bizə daxil olan müraciətlərin hamısına baxıb, lazımi sənədləri əfv komissiyasına göndərək. Biz gözləyirik ki, may ayının sonunda əfv fərmanı veriləcək. Əfv sərəncamın verilməsi birbaşa prezidentin səlahiyyətindədir”.

 

Səadət Bənanyarlı bu il əfvlə bağlı hazırladıqları siyahıda tanınmış məhkumlardan Tofiq Yaqublunun, İlqar Məmmədovun, Nemət Pənahlının, Əli İnsanovun, Akif Muradverdiyevin, “Nida”çı gənclərin və digər şəxslərin adlarının olduğunu vurğulayıb. 

 

Xatırladaq ki, T. Yaqublunun əfvi ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və “Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da ölkə prezidentinə müraciət edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR