Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı, jurnalist Nərgiz Yaqublunun cənazəsi Bakıya bu gecə gətiriləcək.

Təyyarənin Bakıya saat 03.30-da enəcəyi gözlənilir.

Nərgiz Yaqublunun dəfn vaxtı da müəyyənləşib. O, aprelin 25-i saat 13.00-da Qaraçuxur məzarlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, bir neçə gün komada qalan Nərgiz Yaqublu aprelin 23-ü Rusiyada xəstəxanada vəfat edib.
Mənbə
Musavat.com