Təhsil kreditləri veriləcək?

Tələbələrə təhsil kreditlərinin verilməsi barədə müzakirələr davam edir.

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, bu istiqamətdə Təhsil Nazirliyi Maliyyə Nazirliyi ilə fəal dialoqdadır.

"Büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov kreditlərin qaytarılma mexanizminin tam aydın olmamasını səsləndirmişdi. Rəy nəzərə alınmaqla alternativ sxemlər barədə düşünürük. Yaxın günlərdə hökumətə təqdim edəcəyik. Bu istiqamətdə işləri davam etdirəcəyik. Bu məsələnin müsbət həllinə kifayət qədər nikbin baxırıq", - nazir qeyd edib.

Günay Elşadqızı / METBUAT.AZ

Foto: Müzəffər İsmayılov

"Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu"ndan ÖZƏL REPORTAJ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)