Bu gün Çempionlar Liqasında V tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında növbəti qarşılaşmalar baş tutacaq.
A qrupunda “Borussiya” və “Atletiko”nu növbəti raunddan 1 xal ayırır. Lakin sonuncular məğlubiyyətlə də istəyinə çatmaq imkanına malikdi. Bunun üçün “Borussiya” uduzmamalıdı.
B qrupunda “Barselona” tur keçdiyindən ikinci vəsiqə üçün mübarizə gedəcək. “Totenhem”in qonağı olacaq “İnter” uduzmasa, adını 1/8 finala yazdıracaq.
Daha sıx turnir cədvəli olan C qrupunda diqqətlər hər iki matça yönələcək. Parisdə PSJ-nin qonağı olacaq “Liverpul” rəqibini yenib, “Srvena Zvezda”nın xal itirməsi ilə vəsiqəni rəsmiləşdirə bilər. “Napoli” də özü qalib gəlməli, “Liverpul” isə uduzmamalıdı.
D qrupunda “Porto”ya 1/8 finala vəsiqə üçün 1 xal kifayətdi. Portuqaliya klubunun məğlubiyyətlə istəyinə çatması üçün “Qalatasaray” xal itirməlidi. “Şalke” də oxşar durumdadı. Almaniya klubu ya özü qalib gəlməlidi, ya da türkiyəlilərin xal itkisinə ümid bağlamalıdı. Çətin durumda olan “Qalatasaray” isə şansını qorumaq üçün mütləq qalib gəlməlidi. Heç-heçə istanbulluları Avropa Liqasına aparacaq.
Çempionlar Liqası. Qrup mərhələsi, V tur
28 noyabr
A qrupu
21:55. “Atletiko” (İspaniya) – “Monako” (Fransa)
00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Brügge”
(Belçika)
|
1. |
Borussiya |
4 |
3 |
0 |
1 |
8-2 |
9 |
|
2. |
Atletiko |
4 |
3 |
0 |
1 |
7-6 |
9 |
|
3. |
Brügge |
4 |
1 |
1 |
2 |
6-5 |
4 |
|
4. |
Monako |
4 |
0 |
1 |
3 |
2-10 |
1 |
B qrupu
00:00. “Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya)
00:00. PSV (Hollandiya) – “Barselona” (İspaniya)
|
1. |
Barselona |
4 |
3 |
1 |
0 |
11-3 |
10 |
|
2. |
İnter |
4 |
2 |
1 |
1 |
5-5 |
7 |
|
3. |
Tottenhem |
4 |
1 |
1 |
2 |
7-9 |
4 |
|
4. |
PSV |
4 |
0 |
1 |
3 |
4-10 |
1 |
C qrupu
00:00. “Napoli” (İtaliya) – “Srvena Zvezda” (Serbiya)
00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə)
|
1. |
Liverpul |
4 |
2 |
0 |
2 |
7-5 |
6 |
|
2. |
Napoli |
4 |
1 |
3 |
0 |
4-3 |
6 |
|
3. |
PSJ |
4 |
1 |
2 |
1 |
11-7 |
5 |
|
4. |
Srvena Zvezda |
4 |
1 |
1 |
2 |
3-10 |
4 |
D qrupu
21:55. “Lokomotiv” (Moskva, Rusiya) - “Qalatasaray”
(Türkiyə)
00:00. “Porto” (Portuqaliya) – “Şalke” (Almaniya)
|
1. |
Porto |
4 |
3 |
1 |
0 |
9-3 |
10 |
|
2. |
Şalke |
4 |
2 |
2 |
0 |
4-1 |
8 |
|
3. |
Qalatasaray |
4 |
1 |
1 |
2 |
3-3 |
4 |
|
4. |
Lokomotiv |
4 |
0 |
0 |
4 |
1-10 |
0 |