Bu gün Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulacaq.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma keçiriləcək.
A qrupunda "Atletiko" "Monako"nu, Dortmund "Borussiya"sı "Brügge"ni qəbul edəcək. "Atletiko" "Borussiya"nı növbəti raunddan 1 xal ayırırdı. Lakin sonuncular məğlubiyyətlə də istəyinə çatmaq imkanına malikdi. Bunun üçün "Borussiya" uduzmamalıdı.
B qrupunda "Barselona" mərhələ adladığından ikinci vəsiqə üçün mübarizə gedəcək. "Totenhem"in qonağı olacaq "İnter" uduzmasa, adını 1/8 finala yazdıracaq. London təmsilçisi isə mütləq qələbə qazanmalıdı. PSV isə "Barselona" ilə oyunda Avropa Liqasına vəsiqə şansını qorumağa çalışacaq.
Günün mərkəzi qarşılaşması C qrupunda baş tutacaq. PSJ ilk iki pillələrdə qərarlaşan komandalardan uzaqlaşmamaq üçün "Liverpul"la oyunda qələbə qazanmağa çalışacaq. Qrupun digər oyununda "Napoli" evdə "Srvena Zvezda"nın müqavimətini qırmağa çalışacaq.
D qrupunda da maraqlı görüşlər baş tutacaq. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Rusiyada "Lokomotiv"in qonağı oldu. İstanbul təmsilçisi növbəti mərhələ şansını davam etdirmək üçün mütləq qələbə qazanmal idi. "Sarı-qırmızılar" heç-heçə edəcəyi təqdirdə Avropa Liqasında mübarizə aparacaqdı. "Lokomotiv"in isə sonuncu pilləni tutacağı artıq rəsmiləşib.
Qrupun digər matçında "Portu" doğma azarkeşlər önündə "Şalke 04"lə ilə üz-üzə gələcək. Meydan sahibləri bu görüşdə bir xal qazanacağı təqdirdə digər görüşün nəticəsindən aslı olmayaraq 1/8 finala yüksələcək.
Qeyd edək ki, dünən "Bavariya" (Almaniya), "Ayaks" (Hollandiya), "Mançester Siti" (İngiltərə), "Real" (İspaniya), "Roma" (İtaliya), "Yuventus" (İtaliya) və "Mançester Yunayted" (İngiltərə) 1/8 finala çıxıb.
Çempionlar Liqası
Qrup mərhələsi
V tur, 28 noyabr
A qrupu
Atletiko (İspaniya) - Monako (Fransa) 2:0
Qollar: Benoit Badiaşil, 2 (avtoqol). Antoine Qrizmann, 24.
00.00 Borussiya (Dortmund, Almaniya) - Brügge (Belçika)
|
1 |
Borussiya D. |
4 |
3 |
0 |
1 |
8:2 |
9 |
|
2 |
Atletiko |
4 |
3 |
0 |
1 |
7:6 |
9 |
|
3 |
Brügge |
4 |
1 |
1 |
2 |
6:5 |
4 |
|
4 |
Monako |
4 |
0 |
1 |
3 |
2:10 |
1 |
B qrupu
00.00 Tottenhem (İngiltərə) - İnter (İtaliya)
000.00 PSV (Hollandiya) - Barselona (İspaniya)
|
1 |
Barselona |
4 |
3 |
1 |
0 |
11:3 |
10 |
|
2 |
İnter |
4 |
2 |
1 |
1 |
5:5 |
7 |
|
3 |
Tottenhem |
4 |
1 |
1 |
2 |
7:9 |
4 |
|
4 |
PSV |
4 |
0 |
1 |
3 |
4:10 |
1 |
C qrupu
00.00 Napoli (İtaliya) - Srvena Zvezda (Serbiya)
00.00 PSJ (Fransa) - Liverpul (İngiltərə)
|
1 |
Liverpul |
4 |
2 |
0 |
2 |
7:5 |
6 |
|
2 |
Napoli |
4 |
1 |
3 |
0 |
4:3 |
6 |
|
3 |
PSJ |
4 |
1 |
2 |
1 |
11:7 |
5 |
|
4 |
Srvena Zvezda |
4 |
1 |
1 |
2 |
3:10 |
4 |
D qrupu
Lokomotiv (Moskva, Rusiya) - Qalatasaray (Türkiyə) 2:0
Qollar: Qreqor Kriçovyak, 43. Vladislav İqnatyev, 54.
00.00 Portu (Portuqaliya) - Şalke 04 (Almaniya)
|
1 |
Portu |
4 |
3 |
1 |
0 |
9:3 |
10 |
|
2 |
Şalke 04 |
4 |
2 |
2 |
0 |
4:1 |
8 |
|
3 |
Qalatasaray |
4 |
1 |
1 |
2 |
3:3 |
4 |
|
4 |
Lokomotiv |
4 |
0 |
0 |
4 |
2:11 |
0 |
Milli.Az