Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.
Milli.Az komanda.az-a istinadən bildirir ki, E qrupunda "Qarabağ" doğma meydanda Portuqaliyanın "Sportinq" klubunu qəbul edəcək. Qrupun digər matçında isə Ukrayna "Vorskla"sı "Arsenal"la qarşılaşacaq. London təmsilçisi ötən tur növbəti mərhələni rəsmiləşdirib.
Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana" klubu doğma meydanda Ukraynanın "Dinamo" (Kiyev) kollektivi ilə qarşılaşacaq. Qalib gələn komanda növbəti mərhələyə vəsiqə qazanacaq.
Türkiyə təmsilçilərindən "Beşiktaş" səfərdə "Sarpsporq"unun qonağı olacaq. Dörd oyuna 1 qələbə qazananan "qara qartallar" görüşdən 3 xalla ayrılmaq niyyətindədir. "Fənərbaxça" isə evdə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edəcək. İstanbul təmsilçisi rəqibini məğlub etsə, növbəti mərhələyə yüksələcək.
Avropa Liqası, qrup mərhələsi, 5-ci tur
29 noyabr
A qrupu
21:55. Bayer (Leverkuzen, Almaniya) - Ludoqorets (Bolqarıstan)
21:55. Sürix (İsveçrə) - AEK (Larnaka, Kipr)

B qrupu
21:55. Rusenborq (Norveç) - Seltik (Şotlandiya)
21:55. Zalsburq (Avstriya) - Leyptsiq (Almaniya)

C qrupu
21:55. Bordo (Fransa) - Slaviya (Praqa, Çexiya)
21:55. Zenit (Rusiya) - Kopenhagen (Danimarka)

D qrupu
21:55. Fənərbaxça (Türkiyə) - Dinamo (Zaqreb, Xorvatiya)
21:55. Anderlext (Belçika) - Spartak (Trnava, Slovakiya)

E qrupu
21:55. Qarabağ (Azərbaycan) - Sportinq (Lissabon, Portuqaliya)
21:55. Vorskla (Poltava, Ukrayna) - Arsenal (İngiltərə)

F qrupu
21:55. Betis (İspaniya) - Olimpiakos (Yunanıstan)
21:55. Milan (İtaliya) - Düdelanj (Lüksemburq)

G qrupu
19:50. Spartak (Moskva, Rusiya) - Rapid (Vyana, Avstriya)
00:00. Reyncers (Şotlandiya) - Vilyarreal (İspaniya)

H qrupu
00:00. Apollon (Kipr) - Latsio (İtaliya)
00:00. Ayntraxt (Almaniya) - Marsel (Fransa)

I qrupu
00:00. Malmö (İsveç) - Genk (Belçika)
00:00. Sarpsporq (Norveç) - Beşiktaş (Türkiyə)

J qrupu
21:55. Krasnodar (Rusiya) - Akhisar (Türkiyə)
00:00. Standard (Lyej, Belçika) - Sevilya (İspaniya)

K qrupu
19:50. Astana (Qazaxıstan) - Dinamo (Kiyev, Ukrayna)
00:00. Yablonets (Çexiya) - Renn (Fransa)

L qrupu
21:55. BATE (Belarus) - Videoton (Macarıstan)
00:00. Çelsi (İngiltərə) - PAOK (Yunanıstan)

Bombardir: Munas Dabbur (Salzburq) - 5 qol.
Milli.Az