Bakı, 28 aprel, Ramiz Quliyev, AZƏRTAC
“Bjarke Ingels Group” kompaniyasının mütəxəssisləri Malayziyanın paytaxtı Kuala-Lumpurun biznes mərkəzi üçün qeyri-adi göydələnin layihəsini hazırlayıblar.
Maraqlıdır ki, arxitektorlar müasir göydələni memarlıq qanunlarına uyğun deyil, sözün əsil mənasında başı aşağı tikmək ideyasını irəli sürüblər.
Layihəyə görə, binanın mərtəbələrinin sahəsi yuxarı qalxdıqca daha da genişlənir, nəticə etibarı ilə göydələn ərazi baxımından az yer tutmuş olur.
Hündürlüyü 360 metr təşkil edən binanın üstündə yaraşıqlı otel tikilməsi nəzərdə tutulub.
Bundan əlavə, göydələnin tikintisində ikiqat fasaddan istifadə ediləcək ki, bu da mütəxəssislərin fikrincə binanın daxilində effektiv və təbii havalandırma sisteminin yaradılmasına gətirib çıxaracaq.

