Çempionlar Liqasında HƏYƏCANLI GÜN - Qrup mərhələsinə yekun vurulur

Çempionlar Liqasında HƏYƏCANLI GÜN - Qrup mərhələsinə yekun vurulur
10:53 11 Dekabr 2018
78 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, son turda 8 görüş keçiriləcək. Görüşlərdə 1/8 finalın son 3 iştirakçısı müəyyənləşəcək.

Turun ilk oyunlarının biri Türkiyədə baş tutacaq. D qrupunda mübarizə aparan İstanbul təmsilçisi "Qalatasaray" (4 xal) Portuqaliyanın "Portu" (13 xal) komandasını qəbul edəcək. Bu qrupda "Şalke" və "Portu" növbəti mərhələyə vəsiqəni təmin etdiyi üçün son oyun formal xarakter daşıyacaq.

Digər bir formal xarakterli oyun isə A qrupunda baş tutacaq. Burada mübarizə aparan "Borussiya" (Dortmund) (10 xal) və "Atletiko Madrid" (12 xal) növbəti mərhələyə keçdiyindən bu oyunlar da nəticəni dəyişməyəcək.

C qrupunda "Napoli" (9 xal) “Liverpul”un (6 xal) PSJ (8 xal) isə "Srvena Zvezda"nın (4 xal) qonağı olacaq. Bu qrupda "Srvena Zvezda"dan başqa digər 3 klubun növbəti mərhələyə yüksəlmək şansı var.

Sonuncu – B qrupunda isə "Barselona" (13 xal) 1/8 finala vəsiqəni təmin edib. "Tottenhem" (7 xal) və "İnter" (Milan) (7 xal) 2-ci yer uğrunda mübarizə aparacaq. “İnter” PSV-ni (1 xal) qonaq edəcək. "Tottenhem" isə Kataloniya səfərinə yollanacaq.

11 Dekabr

Çempionlar Liqası, 6-cı tur

Qrup mərhələsinin yekunu

D qrupu

21:55. "Qalatasaray" (Türkiyə) - "Portu" (Portuqaliya)

21:55. "Şalke" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya)

A qrupu

00:00. "Monako" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)

00:00. "Brügge" (Belçika) - "Atletiko" (Madrid, İspaniya)

B qrupu

00:00. "İnter" (İtaliya) - PSV (Eyndhoven, Hollandiya)

00:00. "Barselona" (İspaniya) - "Tottenhem" (İngiltərə)

C qrupu

00:00. "Srvena Zvezda" (Serbiya) - PSJ (Fransa)

00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/262719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR