Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.

Milli.Az komanda.az-a istinadən bildirir ki, 6-cı turda növbəti mərhələyə yüksələcək sonuncu 11 komanda müəyyənləşəcək.

Son Azərbaycan çempionu "Qarabağ" sonuncu matçında Londonda "Arsenal"ın qonağı olacaq. Komandalar arasında Bakıda keçirilən görüş "topçular"ın 3:0 hesablı qələbəsiylə başa çatıb. Qrupun digər oyununda "Sportinq" "Vorskla"nı qəbul edəcək. London və Lissabon təmsilçiləri növbəti mərhələni daha öncə təmin edib.

Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu Qazaxıstan "Astana" klubu səfərdə "Renn"lə qarşılaşacaq. "Astana"ya növbəti mərhələyə yüksəlmək üçün heç-heçə bəs edirsə, fransızlar mütləq qələbə qazanmalıdırlar.

Türkiyə təmsilçisi "Beşiktaş" evdə İsveçin "Malmö" komandasını qəbul edəcək. "Qara qartallar" qələbə qazanacağı təqdirdə, digər görüşün nəticəsindən aslı olmayaraq pley-offa yüksələcək.

"Arsenal" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Latsio" (İtaliya), "Çelsi" (İngiltərə), "Sürix" (İsveçrə), "Bayer" (Leverkuzen, Almaniya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Zalsburq" (Avstriya), "Zenit" (Rusiya), "Fənərbaxça" (Türkiyə), "Sportinq" (Portuqaliya), "Betis" (İspaniya) və "Dinamo" (Kiyev, Ukrayna) əvəlki turdan 1/16 final mərhələsinə yüksəlməyi təmin edib.

Avropa Liqası, qrup mərhələsi, 6-cı tur

13 dekabr

A qrupu

00:00. AEK (Kipr) - Bayer (Almaniya)
00:00. Ludoqorets (Bolqarıstan) - Sürix (İsveçrə)

Almeydalı “Astana” “Renn”ə qarşı, “Beşiktaş”ın “Malmö” sınağı - YENİLƏNİR

B qrupu

00:00. Leypziq (Almaniya) - Rusenborq (Norveç)
00:00. Seltik (Şotlandiya) - Zalsburq (Avstriya)

Almeydalı “Astana” “Renn”ə qarşı, “Beşiktaş”ın “Malmö” sınağı - YENİLƏNİR

C qrupu

00:00. Kopenhagen (Danimarka) - Bordo (Fransa)
00:00. Slaviya (Çexiya) - Zenit (Rusiya)

Almeydalı “Astana” “Renn”ə qarşı, “Beşiktaş”ın “Malmö” sınağı - YENİLƏNİR

D qrupu

00:00. Spartak (Trnava, Slovakiya) - Fənərbaxça (Türkiyə)
00:00. Dinamo (Zaqreb, Xorvatiya) - Anderlext (Belçika)

Almeydalı “Astana” “Renn”ə qarşı, “Beşiktaş”ın “Malmö” sınağı - YENİLƏNİR

E qrupu

00:00. Arsenal (İngiltərə) - Qarabağ (Azərbacyan)
00:00. Sportinq (Portuqaliya) - Vorskla (Ukrayna)

Almeydalı “Astana” “Renn”ə qarşı, “Beşiktaş”ın “Malmö” sınağı - YENİLƏNİR

F qrupu

00:00. Düdelanj (Lüksemburq) - Betis (İspaniya)
00:00. Olimpiakos (Yunanıstan) - Milan (İtaliya)

Almeydalı “Astana” “Renn”ə qarşı, “Beşiktaş”ın “Malmö” sınağı - YENİLƏNİR

G qrupu

21:55. Rapid (Vyana, Avstriya) - Reyncers (Şotlandiya)
21:55. Vilyarreal (İspaniya) - Spartak (Moskva, Rusiya)

Almeydalı “Astana” “Renn”ə qarşı, “Beşiktaş”ın “Malmö” sınağı - YENİLƏNİR

H qrupu

21:55. Latsio (İtaliya) - Ayntraxt (Almaniya)
21:55. Marsel (Fransa) - Apollon (Kipr)

Almeydalı “Astana” “Renn”ə qarşı, “Beşiktaş”ın “Malmö” sınağı - YENİLƏNİR

I qrupu

21:55. Beşiktaş (Türkiyə) - Malmö (İsveç)
21:55. Genk (Belçika) - Sarpsborq (Norveç)

Almeydalı “Astana” “Renn”ə qarşı, “Beşiktaş”ın “Malmö” sınağı - YENİLƏNİR

J qrupu

21:55. Akhisar (Türkiyə) - Standard (Belçika)
21:55. Sevilya (İspaniya) - Krasnodar (Rusiya)

Almeydalı “Astana” “Renn”ə qarşı, “Beşiktaş”ın “Malmö” sınağı - YENİLƏNİR

K qrupu

21:55. Dinamo (Kiyev, Ukrayna) - Yablonets (Çexiya)
21:55. Renn (Fransa) - Astana (Qazaxıstan)

Almeydalı “Astana” “Renn”ə qarşı, “Beşiktaş”ın “Malmö” sınağı - YENİLƏNİR

L qrupu

21:55. Videoton (Macarıstan) - Çelsi (İngiltərə)
21:55. PAOK (Yunanıstan) - BATE (Belarus)

Almeydalı “Astana” “Renn”ə qarşı, “Beşiktaş”ın “Malmö” sınağı - YENİLƏNİR

Bombardir: Munas Dabbur (Zalsburq), Luka Yoviç (Ayntraxt) - 5 qol.

Milli.Az