Avstraliyanın baş naziri Skott Morrison rəsmi olaraq Qüdsün İsrailin paytaxtı kimi tanınmasını bəyan edib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Morrison bu barədə Sidney İnstitutunda çıxışı zamanı açıqlama verib.
O, bildirib ki, Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyır. Morrisonun sözlərinə görə, Avstraliya höküməti Qüdsdə ticarət və hərbi nümayəndəliklər açmaq fikrindədir: " Avstraliya hələ ki, səfirliyini Qüdsə keçirmir, ancaq açılışı üçün münasib yer axtarışına başlayıb.