16 yaşlı şəxs kilsədə işləyənlərə hücum edib.Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Avstraliyada kilsədə bıçaqlanma hadisəsi baş verib.16 yaşlı oğlan kilsədə işləyən iki nəfərə 25 santimetrlik bıçaqla hücum edib. Onlardan biri dünyasını dəyişib, digərinin vəziyyəti isə ağırdır.Hadisənin törədildiyi kilsə ABŞ-dan sonra ikinci ən böyük Scientology kilsəsidir. Kilsə Sidney şəhərinin şimalında yerləşir.Adı açıqlanmayan 16 yaşlı oğlan saxlanılıb. Məlum olub ki, o da kilsə işçilərindəndir.Fuad
Milli.Az