Avstraliyada orta yaşlı kişi qaçırdığı yük avtomobilini polis onu dayandırmaq istədikdə qəsdən digər maşınların üstünə sürüb.Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, o, daha sonra avtomobilindən düşüb qaçmaq istəyərkən onun arxasınca gələn hadisə şahidinə bıçaq zərbəsi vurub və başqa avtomobili oğurlayıb.Təxminən 1 saat boyunca qovalanan kişi polislər tərəfindən mühasirəyə alındıqda özünü bıçaqlayıb.Hadisə yerinə gələn həkimlərin səyinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.Polis Sidney şəhərində baş verən hadisə ilə bağlı araşdırma aparır.Milli.Az görüntüləri təqdim edir:Bəxtiyar Umarlı
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Avtomobili qaçıran kişi özünü və onu qovalayanı bıçaqladı - VİDEO - FOTO Avtomobili qaçıran kişi özünü və onu qovalayanı bıçaqladı