Fəqət, sonunda o, anladı ki, aclıq aksiyası siyasi mübarizə vasitəsi deyil.İrom Şarmila doğulduğu Manipur ştatında seçkilərə qatıldı, deputat mandatı əldə etməyə çalışdı."Aclıq aksiyası keçirəndə mənimlə görüşmək istəyənlər çox idi və onların arasında Hindistandakı səfirliklərin rəhbərləri, diplomatlar, siyasətçilər az deyildi. Amma mən onlarla görüşmək istəmirdim", - Şarmila sonradan demişdi.Kubanın ən məşhur dissidentlərindən biri, "El Koko" ləqəbi ilə tanınan jurnalist və psixoloq, 57 yaşlı Gilyermo Farinyas Ernandes həbsxanalarda keçirdiyi 11,5 il ərzində 23 dəfə aclıq edib.2010-cu ilin fevralın 25-də o, Orlando Sapato Tamayonun azadlığa buraxılması tələbi ilə aclığa başladı. 133 gün davam etmiş aksiya ərzində "El Koko" onunla görüşmək istəyən xarici siyasətçilər və diplomatların istəklərini rədd etdi, "Bu, mənim, ölkəmin problemidir - sizə dəxli yoxdur" dedi.Britaniyada qadınlara səsvermə hüququnun verilməsini tələb edən məşhur sufrajist Merion Uolles Danlop 1909-cu ilin iyulun 5-də aclığa başlamış, 3 gün yarım davam etmiş aksiyası ərzində siyasətçilərlə görüşməkdən imtina etmişdi."Azadlıq Radiosu"nun sabiq əməkdaşı, hazırda "müstəqil fəaliyyət" göstərdiyini bəyan edən Xədicə İsmayıl da aclıq edir. O, Müsavat Partiyasının qərargahındakı otaqlardan birinə çəkilərək "Mehman Hüseynovun və ölkədəki bütün siyasi məhbusların dərhal azad edilməsi" tələbi ilə qida qəbul etmədiyini vurğulayır.Qeyri-zorakı siyasi mübarizə vasitəsini seçdiyinin fərqinə varmayan, daha doğrusu, varmaq istəməyən - Xədicə İsmayılova əsla sadəlövh və ya savadsız birisi deyil - jurnalist əməlini qısa müddətdə siyasi reklam obyektinə döndərməyə çalışır.O, aksiyasını mümkün qədər effektiv etmək niyyətindədir və bunun üçün də xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndələrinin də "oyuna qatılması"na can atır."Amerikanın səsi"nə verdiyi müsahibəsində X.İsmayılova gileylənib: "İki həftəyə yaxındır aclıq aksiyası davam etdirilir. Amma heç bir beynəlxalq nümayəndəlik və yaxud xarici ölkə səfirliyi gəlib aclıq edənləri yoxlamayıb".O, daha sonra maraqlı etiraf edib və buyurub ki, bu aksiyası ilə mümkün qədər ciddi rezonans doğurmağa çalışır.X.İsmayılova iki həftəlik aksiyadan bəhs etsə də, özü qidadan xeyli az müddətdir imtina edib. Onun uzun müddət ac qalacağını da düşünmürük, çünki aksiya müəllifləri və iştirakçıları, ələlxüsus da sifarişçilərin planlarında "növbəli rejim" var. Yəni özlərini mədənlərdəki şaxtaçılara bənzədən bu psevdosiyasət personajları estafet formasında "aclıq" keçirərək tələblər səsləndirirlər.Xədicə İsmayılova isə belə görünür, Müsavat Partiyasının qərargahındakı otağa yığışıb "tələbkarlıq estafeti"nə başlamışların PR meneceri funksiyasını könüllü olaraq boynuna götürüb.Həmin məkanda keçirilən aksiyanın gözlənilən siyasi və ictimai effekt vermədiyini, cəmiyyətdə rezonans doğurmadığını anlayan X.İsmayılova əvvəlcədən hazırlanmış ssenaridə nəzərdə tutulan mərhələnin fiasko ilə başa çata biləcəyini dərk etdiyindən prosesə özü müdaxilə etmək qərarına gəlib.Xaricdəki "hami"lərindən külli miqdarda maliyyə vəsaiti almaqda suçlanan X.İsmayılova Facebook səhifəsində "Kaş dedikləri qədər imkanlarım və pulum olaydı" yazaraq öz aləmində ironiyaya qapılsa da, müxalifət düşərgəsində olanlar bilirlər: bu xanım ölkədəki radikal müxalif düşərgəyə ciddi təsir imkanlarına malikdir. Üstəlik, xaricdəki bir sıra fond və təşkilatların "Azərbaycanda siyasi məhbuslar" adlı siyasi alver prosedurlarında söz sahibidir.4 gün əvvəl "aclıq aksiyası"na başlamış frilanser Xədicə İsmayılova əzabkeş müqavimət fəlsəfəsi olan könüllü aclığı siyasi şouya çevirib.Nədir aclıq aksiyası? Mahiyyət etibarilə vicdanlı, təmiz insanın konkret tələblərlə qidadan imtina etməsi, özünü ideallarına qurban verən şəxsin qətiyyətinin yaratdığı əks-səda ilə hakimiyyətdə günah hissinin yaranmasına yönəlmiş əməl.Xədicə İsmayılovanın aksiyasının məqsədi isə əvvəlcə Qərbin, sonra hakimiyyətin, axırda da cəmiyyətin diqqətini özünə cəlb etməkdir. Yəni məqsəd günah hissinin yaranması yox, diqqətin cəlbidir.
Frilanser İsmayılovanın baxışlarında aclıq edərək həyatını mübarizənin mehrabına qoymuş insanın, idealları uğrunda canını fəda etməyə hazır kəsin sonsuz qətiyyəti, sınmaz iradəsi sezilmir.O baxışlarda çox yaxşı hesablanmış növbəti oyunun mərhələlərinin işartıları sezilir.Xanım İsmayılova bilməmiş deyil ki, aclıq aksiyası ən cüzi səbəblərdən belə, mütəmadi olaraq təşkil olunan və ya sifarişlə edilən həvəskar şou yox, yaşam vəsitələrindən imtina edərək həyatını belə, qurban verməyə hazır olan insanın ali, yüksək, saf məqsədi və amalıdır.Müsavatdakı aksiyanın, Xədicə İsmayılovanın da ora qatılmasının tragimomediyası aclığı məzhəkəyə döndərib.Aclıq aksiyası təkbaşına mübarizədir - qrup halında kollektiv etiraz və ya fərdi kimliyin sosial nümayiş forması deyil.Xəticə İsmayılova diplomatların "biganəliyindən" gileylənir.Deyəsən, o diplomatlar sosial estafetə bənzəyən "aksiya"nın hakimiyyət yanğısının ən primitiv izharlarından biri olduğunu anlayıblar, həmin səbəbdən frilanser İsmayılovanı yoluxmurlar.Nədən "məzhəkə" yazdım?!AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazmışdı: "Tofiq Yaqublu mətbəxə keçdi. Mitinq öncəsi onun güc toplamasına ehtiyac var".Müsavat başqanının müavini postundan kənarlaşdırılan və Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı kimi "siyasi ölü"lərin səyləri ilə müxalifət düşərgəsinin ən təzadlı fiqurlarından birinə çevrilən cənab Yaqublunun təbii ki, qərar azadlığı var.Amma "aclıq aksiyası" adlı azad qərarı siyasi şouya döndərmək, döndərib də X.İsmayılovanın piarçılığına məhkum etmək Azərbaycan müxalifətinə necə də doğma olan absurddur...Elçin AlıoğluMilli.Az