Azərbaycan millisi Fransa və Ukrayna ilə eyni səbətdə - Bu gün püşk atılır

Azərbaycan millisi Fransa və Ukrayna ilə eyni səbətdə - Bu gün püşk atılır
13:28 23 Yanvar 2019
39 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, mərasim Türkiyənin İstanbul şəhərində, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Yarış ilk dəfə 24 yığmanın iştirakı ilə 4 ölkədə keçiriləcək. Ev sahibləri - Türkiyə, Polşa, Macarıstan və Slovakiya olacaq və onlar müvafiq olaraq A, B, C və D qruplarında yer alacaqlar. Avropa çempionatında iştirak edəcək digər 20 komanda isə 5 səbətə bölünüb. Azərbaycan millisi Belarus, Ukrayna və Fransa ilə birgə 3-cü səbətdə yer alıb.

1-ci səbət: Serbiya, Rusiya, İtaliya, Hollandiya

2-ci səbət: Almaniya, Belçika, Bolqarıstan, Xorvatiya

3-cü səbət: Belarus, Ukrayna, Azərbaycan, Fransa

4-cü səbət: Rumıniya, İspaniya, Finlandiya, Portuqaliya

5-ci səbət: İsveçrə, Sloveniya, Yunanıstan, Estoniya

Qeyd edək ki, Avropa çempionatının oyunları 23 avqust – 8 sentyabr tarixləri arasında Ankara, Lodz, Budapeşt və Bratislava şəhərlərində keçiriləcək. Final və 3-cü yer uğrunda oyun Türkiyənin paytaxtında gerçəkləşəcək. Reqlamentə əsasən, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/267165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR