Klub rəhbəri rəqib skamyasına qadın alt paltarları qoydu

Klub rəhbəri rəqib skamyasına qadın alt paltarları qoydu
17:47 14 Fevral 2019
74 İdman
Ölkə mətbuatı
A- A+

Yunanıstanın iki böyük klubu - "Olimpiakos" və "Panatinaikos" arasında növbəti qalmaqal baş verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu dəfə klubların basketbol komandaları arasındakı kubok matçında ara qarışıb. Turnirin yarımfinal mərhələsinin matçının ilk yarısında hakimin qərarlarından narazı qalan "Olimpiakos" ikinci yarıya çıxmayıb. Bu səbəbdən "Panatinaikos"a texniki qələbə verilib və finala çıxıb.

"Olimpiakos"un baş məşqçisi Kristos Stavropulos oyundan sonra verdiyi açıqlamasında "Mədəmiz bulandı, artıq bunları aradan qaldırmalıyıq" deyib.

"Panatinaikos"un sahibi Dimitris Giannakopulos da qalmaqalla bağlı danışıb: "Olimpiakos"un hərəkətləri planlı şəkildədi. Oyunçularına maaş vermirlər, məğlub olurlar və hakimləri günahlandırırlar. Oyun meydanda qazanılır və ya uduzulur. Bu hərəkətləri qəbul etmək olmaz".

Dimitris Giannakopulos həmçinin "Olimpiakos"un ehtiyat oyunçular skamyasındakı hər oturacağın üzərinə qırmızı qadın alt paltarı qoyub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/730579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR