Bu gecə Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, keçiriləcək 15 görüşlə 1/8 finala yüksələcək bütün komandalar bəlli olacaq.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Arsenal" öz meydanında BATE-ni qəbul edəcək. Səfərdə keçirilən ilk görüşdə gözlənilmədən rəqibinə uduzan (0:1) London klubu mərhələni keçmək üçün mütləq qalib gəlməlidir.

Türkiyənin "Fənərbağça" klubu Sankt-Peterburqda "Zenit"in qonağı olacaq. İlk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən İstanbul klubu 1/8 finala çıxmaq üçün yaxşı şans qazanıb.

İstanbulun digər təmsilçisi "Qalatasaray" isə səfərdə "Benfika" ilə qarşılaşacaq. Evdə bu rəqibinə 1:2 hesabı ilə uduzan "sarı-qırmızılar" işini çətinə salıb.

21 fevral

Avropa Liqası

1/16 finalın cavab oyunları

21:55. "Arsenal" - BATE
İlk oyun - 0 :1

21:55. "Dinamo Zaqreb" - "Viktoriya"
İlk oyun - 1:2

21:55. "Ayntraxt" - "Şaxtyor"
İlk oyun - 2:2

21:55. "Napoli" - "Sürix"
İlk oyun - 3:1

21:55. "Zalsburq" - "Brügge"
İlk oyun - 1:2

21:55. "Valensiya" - "Seltik"
İlk oyun - 2:0

21:55. "Vilyareal" - "Sportinq"
İlk oyun - 1:0

21:55. "Zenit" - "Fənərbaxça"
İlk oyun - 0:1

00:00. "Benfika" - "Qalatasaray"
İlk oyun - 2:1

00:00. "Betis" - "Renn"
İlk oyun - 3:3

00:00. "Çelsi" - "Malmö"
İlk oyun - 2:1

00:00. "Dinamo Kiyev" - "Olimpiakos"
İlk oyun - 2:2

00:00. "Genk" - "Slaviya"
İlk oyun - 0:0

00:00. "İnter" - "Rapid"
İlk oyun - 1:0

00:00. "Bayer" - "Krasnodar"
İlk oyun - 0:0

20 fevral

"Sevilya" (İspaniya) - "Latsio" (İtaliya) - 2:0
İlk oyun - 1:0

Milli.Az