Dəhşətli yanğında ölənlərin sayı 90 nəfərə çatdı -

Banqladeşin paytaxtı Dəkkədəki dördmərtəbəli yaşayış binasında baş verən güclü yanğın zamanı ölənlərin sayı 90 nəfərə çatıb. 50-dən çox sakin xəsarətlər alıb.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, hadisəyə binanın zirzəmisində yerləşən kimyəvi maddələrin olduğu anbardakı qaz balonunun partlaması səbəb olub.

Partlayışdan sonra baş verən yanğın sürətlə ətrafdakı tikililərə yayılıb. Yanğınsöndürənlər alovu ram etmək üçün 8 saat vaxt sərf edib.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR