Banqladeşin paytaxtı Dəkkədə 19 mərtəbəli binada yanğın olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 5 nəfər həlak olub, 60-dan çox şəxs xəsarət alıb.
Yanğın baş verən binada çoxlu sayda insanın olduğu deyilir.
Alovun söndürülməsi üçün 20-yə yaxın briqada cəlb edilib. Xilasetmə işləri aparılır.
Milli.Az