Banqladeşin paytaxtı Dəkkədə hündürmərtətəbəli yaşayış binasında yanğın olub.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, yanğın nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. 70 nəfə ağır yanıq xəsarətlərilə xəstəxanalara yerləşdirilib.
Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Xatırladaq ki, Dəkkədə keçən ay tarixi binaların olduğu bölgədə yanğın çıxıb, 81 nəfər ölüb, 41 nəfər yaralanıb.
Aysel Yaqubqızı / Metbuat.az