Banqladeşin paytaxtı Dəkkədə ofislərin yerləşdiyi binada baş verən yanğın nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. 80-ə qədər insan xəsarət alıb.
Metbuat.az BBC-yə istinadən xəbər verir ki, tikilinin 10-cu mərtəbəsində başlayan yanğın, qısa müddət ərzində digər mərtəbələri bürüyüb. Yanğınsöndürənlər alovu ram etmək üçün bir neçə saat vaxt sərf edib.
Hadisənin səbəbləri araşdırılır.
Sübhan / METBUAT.az