Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Müsavat Partiyasındakı istefalara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, partiyadan istefa verənlər bu addımı bir qrup şəxsin əlində alatə çevrilmək istəmədikləri üçün atırlar: "Hazırda Müsavat Partiyasında legitim rəhbərlik yoxdur. İstər rəhbər strukturlar, istərsə də seçkili orqanlar legitim deyil. Təbii ki, bu da partiyanın şəhər və rayon təşkilatlarını narahat edir, buna görə də növbədənkənar qurultayın keçirilməsini istəyirlər".
S.Novruzov qeyd edib ki, Müsavat Partiyasında baş verənlərin arxsında İsa Qəmbər dayanır.
YAP rəsmisi bu gedişlə Müsavat Partiyasının ilin sonunda keçiriləcək parlament seçkilərində məğlubiyyətə uğrayacağını qeyd edib: "Müsavat Partiya guya seçkiyə hazırlaşır. Bu gün orada legitimlik yoxdursa, seçkidə necə qələbə qaza bilərlər?! Bunlara kim səs verəcək? Müsavatın üzvləri demək olar ki, qalmayıb. Partiya Arif Hacılının və İsa Qəmbərin qohumlarından ibarətdir".