"Neftçi" - "Qəbələ" oyununda qol vuran yoxdu - YENİLƏNİR

"Neftçi" - "Qəbələ" oyununda qol vuran yoxdu -   YENİLƏNİR
10:17 15 Yanvar 2015
191 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XIV tura start veriləcək. Fanat.az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutacaq.

Tura saat 14.00-da "Bakı" "İnter" oyunu ilə start veriləcək. "Bakı" ötən tur "Sumqayıt"la "sülh" bağlayıb (1:1) və hazırda 9 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. "Araz Naxçıvan"ın çempionatdan imtinası səbəbindən XIII turda oynamayan "İnter" isə 18 xalla üçüncü pilləni tutur. Komandaların I dövrədəki oyununda "bankirlər" 7:0 hesablı qələbə qazanmışdı.

Bir saat sonra AZAL - "Sumqayıt" görüşü başlayacaq. AZAL XIII turda "Qarabağ"a uduzub (1:2), "Sumqayıt" evdə "Bakı" ilə heç-heçə oynayıb (1:1). Gənclik şəhəri təmsilçisi 11 oyundan sonra 11 xalla turnir cədvəlinin 7-ci, "təyyarəçilər" 10 xalla 8-ci pilləsini tutur.

Günün son oyununda "Neftçi" "Qəbələ"ni qəbul edəcək. Matçın start fiti saat 17.00-da çalınacaq. "Neftçi" ötən tur "Xəzər Lənkəran"la "sülh" bağlayıb (2:2), "Qəbələ" isə evdə "Simurq"a uduzub (2:3). "Ağ-qaralar" hazırda 21 xalla turnir cədvəlinin 2-ci, qəbələlilər 13 xalla 6-cı pilləsində qərarlaşıb. Komandaların ilk dövrdəsi qarşılaşmasında qalib -müəyyənləşməyib.

Qeyd edək ki, tura sabah keçiriləcək "Simurq" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. "Araz Naxçıvan"ın çempionatdan imtinası səbəbindən "Xəzər Lənkəran" bu turda istirahət edəcək.

Premyer Liqa
2014/15 mövsümü
II dövrə, XIV tur

29 noyabr
Bakı - İnter 0:1
Qol: Mikel Alvaro, 39.
Bakı: 1. Aqil Məmmədov, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov (45. Mahir Mədətov, 63), 18. Əziz Quliyev, 19. Eltun Hüseynov, 22. Risto Ristoviç (20. Valeh Seyidov, 75), 30. Cəmşid Məhərrəmov (k) (4. Ülvi Süleymanov, 64), 37. Mikayıl Rəhimov, 85. Jaba.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 9. Raul Yaqubzadə, 21. Elşad Manafov, 56. Qeyrət Əliyev.
Baş məşqçi: İbrahim Uzunca.
İnter: 1. Georgi Lomaya (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov (7. Abdulla Abatsiyev, 65), 12. Junior Nildo (28. Baçana Tsxadadze, 80), 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev (13. Mirsahib Abbasov, 89), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 6. Slavko Georgievski, 15. Yohan Bokonyano, 30. Abbas Hüseynov.
Məşqçi: Zaur Svanadze.
Sarı vərəqələr: Əziz Quliyev, 31 (qeyri-idman hərəkəti). Risto Ristoviç, 40 (qeyri-idman hərəkəti) - Georgi Lomaya, 54 (hakim qərarına etiraz). Nizami Hacıyev, 71 (qeyri idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Namiq Hüseynov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 200 tamaşaçı.

AZAL - Sumqayıt 2:2
Qollar: Rəşad Abdullayev, 39. Viktor İbekoyi, 63. Novruz Məmmədov, 73 - Orxan Əliyev, 45. Tofiq Mikayılov, 51.
AZAL: 16. Stanislav Namaşko, 5. Kərim Diniyev (30. Seymur Əsədov, 62), 6. Eduardo Makiel (3. Xuan Fransisko, 86), 10. Tomi Kostadinov (4. Laşa Kasradze, 71), 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Aydın Qasımov, 7. Təmkin Xəlilzadə, 22. Eltun Yaqublu.
Baş məşqçi: Tərlan Əhmədov.
Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov (17. Ramazan Abbasov, 67), 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev (77. Təvəkkül Məmmədov, 70), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə (11. Kiyan Sultanpur, 76).
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 45. Murad Ağayev, 86. Fərid Quliyev.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Viktor İbekoyi, 55 (qeyri-idman hərəkəti). Kərim Diniyev, 61 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Cavanşir Yusifov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Akif Məmmədov.
"AZAL Arena". 150 tamaşaçı.

Neftçi - Qəbələ 0:0
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 18. Kaue da Silva, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 3. Denis Silva, 9. Flavinyo, 17. Nicat Qurbanov, 21. Samir Məsimov, 28. Emin Mehtiyev, 90. Ernest Nfor.
Baş məşqçi: Arif Əsədov.
Qəbələ: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 5. Sadiq Quliyev, 8. Markus Vidal, 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 11. Andrey Kristea, 13. Murad Musayev, 21. Yazalde Pinto, 27. Bəxtiyar Soltanov, 28. İbrahim Aslanlı, 99. Tellur Mütəllimov.
Baş məşqçi: Dorinel Muntyanu.
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Nahid Əliyev, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Rövşən Əhmədov.
"Bakcell Arena". Saat 17.00.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

11

7

3

1

20-11

24

2

Neftçi

11

6

3

2

15-8

21

3

İnter

11

4

6

1

20-4

18

4

Simurq

12

5

2

5

16-14

17

5

Xəzər Lənkəran

12

4

3

5

16-16

15

6

Qəbələ

11

3

4

4

15-18

13

7

Sumqayıt

11

3

2

6

12-17

11

8

AZAL

11

2

4

5

11-20

10

9

Bakı

12

2

3

7

10-27

9

 

Bombardirlər

Mikel Alvaro (İnter), Nurlan Novruzov (Bakı) - 7. Məhəmməd Qurbanov (Sumqayıt) - 5. İnnosent Emeqara (Qarabağ), Cavid Heseynov (Qəbələ), Draqan Çeran (Simurq) - 4.


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-quotqblquot-oyununda-qol-vuran-yoxdu-t17436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR