MNTK-nın sədri Sevinc Hüseynova "Report"a açıqlamasında deyib ki, arayış əsasında tədbir görüləcək.
O bildirib ki, piketdə iştirak edən rayon təşkilatlarının və digər şəxslərin fəaliyyətləri araşdırılıb.
Xatırladaq ki, Müsavatın bir qrup üzvü və partiyadan xaric edilmiş bəzi şəxslər partiya qərargahı qarşısında hazırki rəhbərliyin yürütdüyü siyasətə etiraz olaraq piket keçiriblər. Onlar partiyadan xaric edilənlərin bərpasını, başqan Arif Hacılının istefasını və növbədənkənar qurultay keçirilməsini tələb ediblər.