Tanınmış vəkil Müsavatdan getdi

Tanınmış vəkil Müsavatdan getdi
18:29 12 May 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsavat Partiyası Məclisinin sabiq üzvü, tanınmış vəkil Mirismayıl Hadi partiyadan istefa verib. Bunu APA-ya açıqlamasında M. Hadi özü bildirib.

 

M. Hadi deyib ki, istefasına səbəb son vaxtlar Müsavat Partiyasında gedən neqativ proseslərdir: “Qurultaydan sonra partiya rəhbərliyini ələ keçirmiş bir qrupun yeritdiyi siyasət, partiyanın yaradılmasında və bu günə qədər fəaliyyətində danılmaz rolu olan insanlara qarşı qərəzli münasibət göstərilməsi, əsassız yerə onların partiyaya qarşı xəyanətdə ittiham edilməsi qəbuledilməzdir. Partiyanın rəhbərliyini əldə keçirən həmin kiçik qrupla bir yerdə olmaq, birgə fəaliyyət göstərmək mümkünsüz görünür. Ona görə də mən götür-qoy etdim və partiya sıralarından çıxmağa qərar verdim”.

 

Qeyd edək ki, M. Hadi vaxtilə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və hazırkı başqan Arif Hacılının vəkili olub. 2000-ci ildə Mərkəzi Seçki Komissiyasında (MSK) Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi, 2003-cü ildə isə MSK-nın üzvü kimi fəaliyyət göstərib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/202420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR