Daşkənd, 12 may, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə Daşkənddə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı mərasim keçirilib.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun fəalları, Daşkənddəki ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər.
Əvvəlcə qonaqlar və mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə əklillər və çiçək dəstələri qoyublar. Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan sərgi tədbir iştirakçılarında böyük maraq doğurub.
Hüseyn Quliyev müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, Ulu Öndərin dövlət təhlükəsizlik orqanları, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətlərdə Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq.
Milli Məclisin deputatı Elmira Axundova jurnalistlik fəaliyyəti dövründə ulu öndər Heydər Əliyevlə Naxçıvanda və Bakıda görüşlərini xatırladıb, onun qətiyyətli siyasətçi, yüksək liderlik keyfiyyətlərinə, güclü energetika və auraya malik şəxsiyyət olduğunu diqqətə çatdırıb.
E.Axundova deyib ki, bu böyük şəxsiyyət haqqında yazdığı “Şəxsiyyət və zaman” yeddicildliyini Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasına təqdim edib. O, gənclərə məsləhət görüb ki, bu kitabları oxusunlar, çünki Heydər Əliyev şəxsiyyətindən çox şey öyrənə bilərlər.
Uzun illər Heydər Əliyevin şəxsi mühafizə qrupunun rəhbəri olmuş Aleksandr İvanov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, bu fenomen şəxsiyyəti bir ata və dost kimi xarakterizə edib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov ölkələrimiz arasında əlaqələrin bu səviyyəyə çatmasında Heydər Əliyevin xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Daşkənddə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı mərasim keçirilib
Daşkənddə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı mərasim keçirilib
Daşkənddə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı mərasim keçirilib
Daşkənddə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı mərasim keçirilib