"Kətan yerinə insan sifətini seçdim" - Anar türk mediasında

"Kətan yerinə insan sifətini seçdim" - Anar türk mediasında
16:12 2 Oktyabr 2019
295 Maraqlı
Ölkə mətbuatı
A- A+

Stilist Anar Ağakişiyev Türkiyənin "Breakingnews" saytına müsahibə verib.

Milli.Az axşam.az-a istinadən müsahibənin qısaldılmış formasını təqdim edir:

- Bir çox məşhurla çalışdınız. Bacarıqlı, keyfiyyətli olmağın sirri nədir?

- Çalışmağı sevirəm. Özümə yeni ev alanda, məndən soruşurdular ki, niyə dəniz mənzərəsi seçmədiniz? Səhərdən axşama qədər işləyirəm, gecə qara dəniz mənzərəsi görsəm nə olacaq? Yenilikləri çox sevirəm, axtarışlar edirəm. Önəmli insanlar da məhz buna görə mənimlə çalışırlar.

- Türkiyədə kimlərin tərzini bəyənirsiz?

- Zövqüm tez-tez dəyişir və bəyəndiklərim çoxdur: Ajda Pekkan, Bülent Ersoy, Ebru Gündeş, Demet Akalın, İrem Derici, Hande Yener, Nebahat Çehre, Meryem Üzerli, Selin Ciğerci ve bir çoxları...

- Sizlər əslində rəssamsınız, çünki sıfırdan alıb, ən gözəl formaya salırsınız. Bir neçə makiyaj sirrinizi bölüşə bilərsiniz?

- Hər vizajist rəssam deyil. Amma mən həqiqətən də rəssamlıq məktəbini oxumuşam. Kətan yerinə insan sifətini seçdim. Yaradacaqlarımı insan simasında göstərmək daha xoş təsir bağışlayır. Makiyaj sirlərimi bölüşsəm, bu möcüzə sirr olaraq qalmaz. Orta yaşlı xanımlara bir məsləhət verim: gənc görünmək üçün tünd saç rəngləri, makiyajlarında isə çəhrayı və açıq qəhvəyi tonları istifadə etsinlər. 

- Sənətçilər daha çox təbii makiyaja üstünlük verirlər. Sizcə, yeni dəb üzdə tonlarla makiyaj əvəzinə daha sadəsi olmasıdır?

- Tonlarla makiyaj deyəndə, biz heç 50 qram makiyaj vasitələrindən istifadə etmirik. Makiyaj bir insanın gerçək üz cizgilərini daha gözəl göstərmək, ruhunu xoşbəxt etmək üçün edilir. Hər bir qadın gözəldir, özlərini daha gözəl görəndə isə xoşbəxt olurlar. Hər dəfə makiyajdan sonra bunun şahidi oluram.

- Çətinliyə düşəndə, "Kaş başqa bir iş edərdim" deyirsiz?

- Heç çətinliyə düşmürəm. İşim mənim sənətimdir. İnsan sənət yaratmaqdan heç bezər?

- İndi hamı vizajist olmağa can atır. Bunu öyrənmək mümkündür, yoxsa buna istedad lazımdır?

- Hər bir peşənin məktəbi var. Amma bizim peşədə istedad mütləqdir.

- Hansı makiyaj formalarını bəyənirsiz? Sizin tərzinizin özəlliyi nədir?

- Hər bir qadın özəldir və üz cizgiləri fərqlidir. Makiyajın forması olmur. Etdiyim makiyajlar çox fərqlidir, bu, qadının üz cizgilərindən, gedəcəyi yerdən asılıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/791020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR