Bakı, 14 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-də Slovakiyaya səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Bratislava şəhərində keçiriləcək Vişeqrad qrupu və Şərq tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir.