Azərbaycan Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazandı

Azərbaycan Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazandı
17:12 16 Oktyabr 2019
138 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən paraatıcılıq üzrə dünya çempionatında iştirak edən Kamran Zeynalov fərqlənib. O, 50 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticəyə görə ilk 15 idmançı arasında yer alıb və Paralimpiadaya vəsiqəni təmin edib.

Qeyd edək ki, daha öncə Yelena Taranova güllə atıcılığında, Elşən Hüseynov parapauerliftinqdə və Roman Saleh paraüzgüçülükdə XVI Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/794815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR