UEFA Çempionlar Liqasının dördüncü turunun növbəti oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun ikinci oyun gününün start oyununda İtaliyanın “Yuventus” klubu səfərdə Rusiyanın “Lokomotiv” komandasını qəbul edib.

Görüş Turin təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda Almaniya çempionu “Bavariya” öz meydanında Yunanıstanın “Olimpiakos” klubunun qapısından iki cavabsız top keçirib.

D qrupun ikinci görüşü Almaniyada baş tutacaq. “Bayer Leverkuzen” öz meydanında İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edəcək.

B qrupun digər görüşündə “Srevena Zvezda” (Serbiya) doğma azarkeşlər önündə İngiltərənin “Tottemhem” komandasını qəbul edəcək.