Şamaxı, 16 may, AZƏRTAC
Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konfransı açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev ölkəmizin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların fəal iştirak etdiklərini vurğulayıb, ağsaqqal sözünə, onların həyat təcrübəsinə daim böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
A.Ağayev ulu öndər Heydər Əliyevin ağsaqqal və ziyalılara göstərdiyi diqqət və qayğıdan danışıb, Prezident İlham Əliyevin bu ənənəyə böyük önəm verdiyini bildirib.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov konfransda çıxış edərək, ölkəmizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın xüsusi rolunu vurğulayıb, onların gənclərimiz üçün örnək olduğunu, hərbi-vətənpərvərlik ruhunda böyümələrinə böyük töhfə verdiklərini bildirib.
Konfransda Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının humanitar və xüsusi fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mayıl Alıcanov rayon Ağsaqqallar Şurasının sədri seçilib.