“Bavariya”nın baş məşqçisi bəlli oldu

“Bavariya”nın baş məşqçisi bəlli oldu
15:47 16 Noyabr 2019
115 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Bavariya" klubunda Niko Kovaçın istefasından sonra yeni baş məşqçinin adı açıqlanıb. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisini Hansi Flik çalışdıracaq. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, daha əvvəl "Bavariya"da köməkçi məşqçi olan Flikin qış fasiləsinə qədər komandada baş məşqçilik edəcəyi bildirilir.

Flik Niko Kovaçın istefasından sonra müvəqqəti olaraq komandaya baş məşqçilik edirdi. "Bavariya" 54 yaşlı mütəxəssisin rəhbərliyi ilə çıxdığı 2 oyunda da qələbə qazanıb. Münhen təmsilçisi bu matçlarda "Borussiya"nı (Dortmund) 4:0, "Olimpiakos"u isə 2:0 hesabıyla məğlub edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR