Arif Hacılıdan falçı mövqeyi: Tofiq Yaqublu "Milli Şura"nın sədri olsa...

Arif Hacılıdan falçı mövqeyi: Tofiq Yaqublu "Milli Şura"nın sədri olsa...
10:22 20 Noyabr 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Müsavat Partiyasının sədri Arif Hacılı partiya üzvü Tofiq Yaqublunun "Milli Şura"ya sədr olması təklifinə münasibət bildirib.

Trend-in məlumatına görə, A.Hacılı deyib: "Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır.

Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, "Milli Şura"nın sədri olsa yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək".

Qeyd edək ki, "Milli Şura" adlı qurumun sədri Cəmil Həsənli şuraya sərdliyin Tofiq yaqubluya həvalə edilməsini təklif edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3151359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR