Tofiq Yaqublu Müsavat partiyası barədə "açdı sandığı, tökdü pambığı" - 197 sirli mühacir arayışı...

Tofiq Yaqublu Müsavat partiyası barədə "açdı sandığı, tökdü pambığı" - 197 sirli mühacir arayışı...
09:15 23 Noyabr 2019
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Alpər M. Trend:

Müsavat partiyasının üzvü Tofiq Yaqublu Müsavat partiyası barədə "açıb sandığı, töküb pambığı".

Trend-in məlumatına görə, o, Müsavatın Avropa Koordinasiya Mərkəzi (AKM) və saxta arayışlar haqqında danışıb. Bildirib ki, 2016-cı ildən partiya rəhbərliyindən mühacirlərə verilmiş arayışlarla tanış olmaq üçün imkan yaradılmasını tələb edib, ancaq buna imkan verilməyib:

"Hörmətli başqan Arif Hacılı canlı yayımların birində dedi ki, partiya üzvü yazılı ərizə ilə müraciət etsə, ona həmin arayışlarla tanış olmaq imkanı yaradılacaq. Bundan dərhal sonra Mərkəzi İcra Apparatının rəhbəri Gülağa Aslanlının adına bir ərizə də yazdım, lakin heç xeyri olmadı və bildirilən 197 arayışla tanış olmaq imkanı yaradılmadı. Divan üzvü, başqan müavini olmağım da yetərli olmadı. Baxın, hüququm ola-ola və partiyanın da mənə həmin şəraiti yaratmasına borclu olmasına baxmayaraq, 3 il ərzində həmin arayışları mənə göstərmədilər, amma canlı yayımda səsləndirdiyim fikirdən yapışaraq, elə ertəsi günü məndə olan sübutları onlara təqdim etməyi tələb edirlər. Bilə-bilə ki, mənim həmin sübutu lazım bildiyim qədər özümdə saxlamaq və mənbəyini aşkarlamamaq hüququm var. Heç narahat olmayın, özüm münasib bildiyim şəkildə və şəraitdə nə lazımdırsa açıqlayacam. Siz hələ ortada olan suallara cavab verin".

T.Yaqublu daha sonra AKM haqqında da bir neçə kəlmə deyib. Qeyd edib ki, AKM Müsavat Partiyasının strukturudur, onun rəhbərliyinin təşkilatçılığı və tapşırığı əsasında yaradılıb:

"Nizamnaməsi partiyada hazırlanıb və təşkilatın yaradılması prosesi Divanın nəzarətində olub. Bu illər ərzində Bakıdan idarə olunub. Sadəcə olaraq, rəsmi qeydiyyatdan keçən zaman Almaniya qanunlarının onu partiyanın Avropa strukturu kimi qeydə alınmasına imkan vermədiyinə görə QHT kimi qeydiyyatdan keçirməyə məcbur oldular. İndi də bu QHT faktorundan yapışaraq, AKM-in Müsavat Partiyasına aidiyyatı olmadığını deyirlər. Sanki biri pulunu verib ev alıb, uzun müddətdir ki, içində yaşayır və hansı səbəbdənsə onu öz adına rəsmiləşdirə bilməyib, yaxın qohumunun adına yazdırıb. Ortaya problem çıxanda da evin ona aid olmadığını deyir".

Qeyd edək ki, bir neçə gün əvvəl T.Yaqublu Müsavatın mühacir alveri ilə bağlı əlində faktlar olduğunu açılamışdı. Bundan dərhal sonra Müsavat funksionerləri onun üstünə düşərək faktı ortaya qoymağı tələb etdilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3152989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR