Mourinyodan rekord göstərici

Mourinyodan rekord göstərici
20:57 28 Noyabr 2019
141 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Olimpiakos"a 4:2 hesabıyla qalib gələn "Tottenhem" pley-offa vəsiqə qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu nəticəylə, londonluların baş məşqçisi Joze Mourinyo turnirin tarixinə düşüb. Belə ki, portuqaliyalı məşqçi, 6 fərqli klubla Çempionlar Liqasının qrup mərhələsini geridə qoyan ilk mütəxəssis olub.

Mourinyo "Tottenhem"ə qədər "Portu", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted"lə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/806043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR