Bakı. Trend:

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüş yeri və vaxtı məlum olub.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, cari ilin 4 dekabr tarixində Bratislava şəhərində keçiriləcək ATƏT-in Nazirlər görüşü çərçicvəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin