Elmar Məmmədyarov Simon Koveney ilə görüşüb - FOTO

Elmar Məmmədyarov Simon Koveney ilə görüşüb - FOTO
08:37 6 Dekabr 2019
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Bratislavada keçirilən 26-cı iclası çərçivəsində İrlandiyanın Xarici İşlər və Ticarət naziri Simon Koveney ilə görüşüb.

XİN-dən Milli.Az-a verilən məlumata görə, nazirlər Azərbaycan və İrlandiya arasında ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi apardılar. Onlar müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər regional məsələləri müzakirə etdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/808152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR