"Qarabağ"ı qrupda saxlayan komanda baş məşqçini istefaya göndərdi

"Qarabağ"ı qrupda saxlayan komanda baş məşqçini istefaya göndərdi
11:12 10 Dekabr 2019
124 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan APOEL-də gözlənilməz ayrılıq baş verib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, baş məşqçi Tomas Dolla yollar ayrılıb.

Bunu klubun mətbuat xidməti də təsdiqləyib. Bildirilib ki, ötən həftəsonu çempionat çərçivəsində "Olimpiakos"a 0:2 hesablı məğlubiyyət rəhbərliyi radikal addıma vadar edib. Nəticədə Nikosiya təmsilçisini 4 aydı çalışdıran almaniyalı mütəxəssis istefaya göndərilib.

Qeyd edək ki, APOEL Tomas Dollun rəhbərliyi altında Avropa Liqasında sona bir tur qalmış ikinci yerlə 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/809147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR