UEFA Çempionlar Liqasında növbəti qrup mərhələsi başa çatıb

UEFA Çempionlar Liqasında növbəti qrup mərhələsi başa çatıb
05:22 12 Dekabr 2019
134 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

UEFA Çempionlar Liqasın VI turunun son oyun günündə qruplardakı yekun vəziyyət müəyyənləşib.

Türkiyənin turnirdəki təmsilçisi "Qalatasaray" Parisdə PSJ-ə məğlub olaraq A qrupunda sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Beləliklə, cari Çempionlar Liqasının 1/8 final mərhələsində Avropa çempionatının 5 aparıcı klubları oynayacaqlar.

Bunlar İtaliyanın "Atalanta", "Yuventus" və "Napoli", İngiltərənin "Tottenhem", "Mançester Siti", "Liverpul" və "Çelsi", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Leyptsiq", Fransanın PSJ və "Lion", İspaniyanın "Real Madrid", "Atletiko", "Barselona" və "Valensiya" komandalarıdır.

Çempionlar Liqası, Qrup mərhələsi, VI tur, 11 dekabr, A qrupu:

24:00. PSJ (Fransa) - "Qalatasaray" (Türkiyə) - 5:0

Qollar: Mauro İkardi, 33. Pablo Sarabia, 35. Neymar, 46. Kilian Mbappe, 63. Edinson Kavani, 84-pen.

24:00. "Brügge" (Belçika) - "Real Madrid" (İspaniya) - 1:3

Qollar: Hans Vanaken, 55 - Rodriqo, 53. Viniçius Junior, 64. Luka Modriç, 90+1

Xal durumu: PSJ – 16, "Real Madrid" - 11, "Brügge" - 3, "Qalatasaray" - 2.

B qrupu:

24:00. "Bavariya" (Almaniya) - "Tottenhem" (İngiltərə) - 3:1

Qollar: Kinqsli Koman, 14. Tomas Müller, 45. Filippe Koutinyo, 64 - Rayan Sessenyon, 20

24:00. "Olimpiakos" (Yunanıstan) - "Srvena Zvezda" (Serbiya) - 1:0

Qol: Yussef əl-Ərəbi, 87

Xal durumu: "Bavariya" - 18, "Tottenhem" - 10, "Olimpiakos" - 4, "Srvena Zvezda" - 3.

C qrupu

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Mançester Siti" (İngiltərə) - 1:4

Qollar: Dani Olmo, 10 - Qabriel Xesus, 34; 50; 54. Fil Foden, 84

21:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Atalanta" (İtaliya) - 0:3

Qollar: Timoti Kastan, 66. Mario Paşaliç, 80. Robin Qosens, 90+4

Qırmızı vərəqə: Dodo, 77 ("Şaxtyor")

Xal durumu: "Mançester Siti" - 14, "Atalanta" - 7, "Şaxtyor" - 6, "Dinamo" - 5.

D qrupu:

24:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Yuventus" (İtaliya) - 0:2

Qollar: Kriştianu Ronaldu, 75. Qonsalo İquain, 90+2

24:00. "Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya) - 2:0

Qollar: Joau Feliş, 17-pen. Felipe, 54

İstifadə olunmamış penalti: Kiran Trippye, 2 ("Atletiko")

Xal durumu: "Yuventus" - 16, "Atletiko" - 10, "Bayer" - 6, "Lokomotiv" - 3.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3162523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR