Prezidentin bu tövsiyəsi idman ictimaiyyətinin diqqətində olacaq - ŞƏRH

Prezidentin bu tövsiyəsi idman ictimaiyyətinin diqqətində olacaq - ŞƏRH
13:43 27 Dekabr 2019
63 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda idmanın inkişafı, idmançıların əsl dostu olan İlham Əliyevin təşəbbüsünün nəticəsidir".

Bu fikirləri Publika.az-a açıqlamasında tanınmış telejurnalist Elnur Əşrəfoğlu deyib.

O bildirib ki, ümumdünya idman təşkilatları, Beynəlxalq Olimpiya Komitəsi Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğını həmişə yüksək qiymətəndirir, onlar nüfuzlu yarışları məhz Azərbaycana həvalə edirlər: "1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkədə olimpiya hərəkatı, idman hərəkatı daha geniş vüsət almağa başladı. Yaxşı xatırlayıram, o dövrdə cənab Prezidentdən müsahibə almaq şərəfinə nail olmuşdum. Həmin müsahibədə İlham Əliyev yaxşı bir söz dedi: "Sidney Olimpiya Oyunlarına cəmi üç il qalıb". O vaxtdan başlayaraq Oyunlara hazırlıq prosesi, həmçinin, ölkədə idman strukturunun yaxşılaşdırılması, idmana qayğının, diqqətin yüksəlməsi başladı. Xarici ölkələrdə olan tanınmış idman mütəxəssislərimiz Azərbaycana qayıtdı. Nümunə üçün Faiq Qarayevi deyə bilərəm. Həmin vaxtlarda Azərbaycanda möhtəşəm voleybol yarışları keçirildi. "Azərreyl" klubu Çempionlar Liqası kimi nüfuzlu yarışda iştirak etdi. Avropa "Top-komanda" kubokunun qalibi oldu. Eləcə də voleybol üzrə milli komandamız Avropa Çempionatında dördlüyə daxil oldu. Bununla yanaşı digər idman növlərində olan atletlərimiz Avropa və Dünya Çempionatlarındakı uğurlarını daha da artırdılar. Sidney Olimpiya Oyunlarında bizim idmançılar 2 qızıl, 1 bürünc medal qazandılar. Bu, böyük uğur idi. Sidneyndən başlayaraq indiyə qədər keçirilən Olimpiya Oyunlarında medalların sayı getdikcə artır. Məsələn, Rio Yay Olimpiya Oyunlarında səhv etmirəmsə, bizim medalların sayı 18 idi. Bütün bunlar hamısı onu göstərir ki, bu dövr ərzində Azərbaycanda idman necə də sürətlə inkişaf edib. Avropa və Dünya Çempionatlarını, Olimpiya Oyunlarına lisenziya xarakterli turnirləri, 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları, həmçinin Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı kimi nüfuzlu yarışlar Azərbaycana həvalə olundu. Bu federasiyalar, təşkilatlar tərəfindən Azərbaycan dünyada idman ölkəsi kimi tanınır".

E.Əşrəfoğlu rayon çempionatlarının keçirilməsinin idmanın inkişafına töhfə verəcəyini qeyd edib: "Bir çox rayonlarda, bölgələrdə idman kompleksləri tikilib, fəaliyyət göstərir. Düzdür, Azərbaycanın bütün regionlarını əhatə edən yarışlar keçirilir. Ancaq Prezidentin çıxışında çox gözəl bir məqam var ki, nəyə görə rayon çempionatları keçirilir? Həqiqətən də bu, mütləq şəkildə olmalıdır. Ucqar kəndlərdə idman qurğuları olmalıdır. Ölkə başçısı bu təşəbbüslə çıxış etdi. Ucqar kəndlərdə, ucqar yerlərdə idman qurğuları olsa, daha perspektivli, daha yetişkən idmançılarımız meydana çıxar. Hesab edirəm ki, Prezidentin bu tövsiyəsi idman ictimaiyyətinin diqqətində olacaq".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/300269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR