Gözəl qalmağın sirri

Gözəl qalmağın sirri
16:52 3 Yanvar 2020
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Makiyaj, stress, hava şəraiti ilə yanaşı bir çox səbəblər dərimizin yorulmasına, təravətini itirməsinə səbəb olur.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, məhz buna görə müxtəlif təbii üsullardan istifadə edərək dərimizi qidalandırmaq mütləqdir.

Dərini daha da gözəlləşdirmək üçün isə evdə bu prosesləri etmək məsləhətdir.

Quru və qarışıq dəri üçün maska:

Yarım ədəd banan, 2 yemək qaşığı bal və bir çay qaşığı zəncəfil tozunu qarışdıraraq məhlul halına salın. Maskanı 30 dəqiqə üzünüzdə saxladıqdan sonra soyuq su ilə yuyun.

Yağlı və parlaq dəri üçün maska:

1 qəhvə stəkanı qazlı su ilə alma sirkəsini qarışdırın. Səhər və axşam pambıq vasitəsi ilə üzünüzə vurun. Yarım saat gözlədikdən sonra ılıq su ilə dərinizi təmizləyin.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/814367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR