Məşhur model şəkil çəkdirmək istəyərkən öldü - FOTO

Məşhur model şəkil çəkdirmək istəyərkən öldü - FOTO
18:52 18 Fevral 2020
361 Dünya
Ölkə mətbuatı
A- A+

21 yaşlı britaniyalı model uçurumun kənarında şəkil çəkdirmək istəyərkən yıxılaraq ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə Avstraliyanın Sidney şəhərində baş verib. Medalin Devis orda dostları ilə əylənirmiş. Sübh vaxtı gənclər qayaya dırmaşıb. Model uçurumun kənarında doğan günəşin fonunda şəkil çəkdirmək istəyib. O, qayalığın lap kənarında əyləşib və qəfil yıxılıb.

Məlumata görə, "Instagram"da 20 mindən artıq izləyicisi olan məşhur model ötən il vizajist işini ataraq, dünya səyahətinə yollanıb. Avstraliyaya gedənə qədər Medalin alpinizmlə məşğul olub, Balidə istirahət edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/826872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR