Avropa Liqasında rəmzi "11-lik" açıqlanıb

Avropa Liqasında həftənin komandası açıqlanıb.

Metbuat.az xəbər verir ki, təxirə salınıb, bir gün sonra baş tutan “Zalsburq” (Avstriya) – “Ayntraxt” (Almaniya) oyunundan (2:2) sonra rəmzi “11-lik” bəlli olub.

Heyətdə ən çox futbolçusu yer alan komanda Türkiyə “Başakşəhər”i olub. İstanbulda Portuqaliya “Sportinq”ini məğlub edən (4:1) qonşu ölkə təmsilçisinin üç üzvü rəmzi komandaya daxil edilib. Bunlar müdafiəçilər Martin Şkrtel və Qael Klişi, həmçinin yarımmüdafiəçi Edin Viskadır.

Qapıçı: Giedrius Arlauskis (ÇFR);

Müdafiəçilər: Matt Doherti (Vulverhempton), Martin Şkrtel (Başakşəhər), Pape Abou Sisse (Olimpiakos), Qael Klişi (Başakşəhər);

Yarımmüdafiəçilər: Edin Viska (Başakşəhər), Fred (Mançester Yunayted), Pizzi (Benfika);

Hücumçular: Filip Kostiç (Ayntraxt), Conatan Kalleri (Espanyol), Andre Silva (Ayntraxt).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR